"Gürcüstan ictimaiyyəti Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini dəstəkləyir".
Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Vahid Milli Hərəkat partiyasının deputatı David Kirkitadze deyib.
O bildirib ki, Gürcüstan beynəlxalq hüquqla təsbit edilən Azərbaycanın süverenliyini tanıyır və onun ərazi bütövlüyünə hörmətlə yanaşır: "Biz hər zaman Azərbaycanın ərazi bütövlüyü dəstəkləmişik. Düşünürəm ki, hər kəs də Azərbaycanın ərazi bütövlüyü tanımalıdır. Ümid edirik ki, Qafqazda sülh bərqərar olacaq. Qafqazda olan 3 ölkə - Azərbaycan, Gürcüstan, Ermənistan - bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşacaq. Belə olan halda ölkələr arasında heç bir mübahisə yaşanmayacaq. Çünki indi 1990-cı illər deyil".