Qış aylarında yüksək C vitamini ilə hər kəsin sevimlisinə çevrilən mandalinlər piştaxtalarda öz yerini tutub. Mandalin ləzzətli və sağlam olması ilə yanaşı, həm də ən zəhmət çəkmədən istifadə edə biləcəyimiz meyvələrdən biridir. Qabıqları saniyələr içində soyulan mandarini istədiyiniz zaman rahatlıqla istifadə edə bilərsiniz.
"Sherg.az" xəbər verir ki, insanların çoxunun etdiyi səhv mandalin yeyərkən qabıqlarını atmasıdır.
Mandalin qabığı mandalinin özü qədər xeyirlidir. Mandalin qabığını atmaq əvəzinə istifadə etməyin maraqlı faydası var.
Mandalin qabıqlarını soyandan sonra alternativ olaraq istifadə edə bilərsiniz. Bu üsuldan faydalanmaq üçün 1 stəkan qaynar suda qabıqları bir neçə dəqiqə islatmaq kifayətdir. Sonra naringi qabıqlarını sudan çıxarın və 10 dəqiqə dərindən nəfəs alaraq qoxusunu içinə çəkin.
Naringi qabıqlarını suya batırdıqdan sonra istifadə etmək tıxanmış burnu təmizləməyə kömək edir. Burun tutulmasına yaxşı təsir edən bu üsuldan əlavə qalan suyu içərək immunitetinizi gücləndirə bilərsiniz.