2026-cı ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərə 140 mindən çox keçmiş məcburi köçkün qayıdacaq
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub.
Bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir: “Xüsusi qeyd etmək istərdim ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.
Hər il olduğu kimi gələn il də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması əsas xərc istiqamətlərindən biri olacaqdır”.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin məskunlaşmasına şəraitin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Ötən 3 il ərzində isə bu məqsədlə Azərbaycan büdcəsindən 7 milyarda yaxın vəsait sərf edilib.
Böyük Qayıdış Proqramının sürətlə icra olunduğunu vurğulayan ekspertlərin də qeyd etdiyi kimi, artıq keçmiş məcburi köçkünlər Laçın, Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
Millət vəkili Azər Badamov isə qeyd edib ki, üç il əvvəl torpaqlarımız işğaldan azad olunandan dərhal sonra ermənilərin darmadağın etdikləri ərazilərin yenidən qurulması və bərpasına başlanılıb: