Üzən muzey - Bu dəfə çinlilər bacardı

 Çinin Sichuan əyalətinin paytaxtı Şengdu şəhərində fantastik bir tikili ərsəyə gətirilib. Bu, su üzərində üzən muzeydir. “Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, muzeyin əsas özəlliyi su üzərində inşa edilməsi və fantastik bir görünüşə sahib olmasıdır. Bu muzey ilk baxışda real görünməyə, süni olduğu zənn edilə bilər. Lakin hər şey realdır. Şengdu muzeyi 7 bucaqlı metal ulduz şəklində tikilib. Dinamikdir, su üzərində hərəkət edir, müxtəlif istiqamətlərdən baxıldıqda müxtəlif görünüşə malikdir. Bu üzən muzey “Worldcon” Dünya Fantastika Konqresinə ev sahibliyi etməyə hazırlaşır. Muzey su üzərində 59,000 kvadrat metr ərazini əhatə edir və Avstraliyanın paytaxtı Sidneydəki məşhur opera binasından 3 dəfə böyükdür. Layihənin rəhbəri Paulo Flores belə bir tikilinin normal şərtlər altında 4-5 ilə tikilib başa gələ biləcəyini, lakin bu muzeyin 12 ay ərzində tamamlandığını söyləyib. Layihə rəhbəri bu tikilidə sadəcə inşaat çalışmaları ilə deyil, görünüş baxımından da gələcəyi əks etdirdiklərini bildirib. İnşaat işləri zamanı rəqəmsal modelləşmədən istifadə edilib. Bu da inşaat işlərini sürətləndirib. Muzey binası bölgənin iqliminə uyğun layhələndirilib. Günəş şüasının birbaşa binaya düşməsinin qarşısı alınıb. Tavana isə günəş panelləri quraşdırılıb. Şengdu şəhərinin gələcəkdə yeni universitetlərə, laboratoriya və ofislərə ev sahibliyi edəcəyi də bildirilir.