Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib.
Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.