Paşinyan Xavyer Kolomina ilə Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
APA "news.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, görüşdə Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
"Baş nazir Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə və sülh prosesinə toxunub", Ermənistan Baş nazirinin Ofisindən məlumat verilib.