Növbəti köç karvanı Füzuliyə çatdı

Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınan 30 ailədən (104 nəfər) ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.
Bununla da 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.