Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Sherg.az” xəbər verir ki, Məzahir Pənahov bildirib ki,hazırda 6 537 məntəqədən 3 561-nin nəticələri daxil olub. 
Bu, ümumi məntəqələrin 54,47 %-dir: "İndiyə qədər 2 715 667 bülleten sayılıb, etibarlı səslərin sayı 2 711 804-dür".
Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb: 
- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);
- Zahid Oruc - 2,20 faiz;
- Fazil Mustafa - 1,99 faiz;
- Qüdrət Həsənquliyev - 1,78 faiz;
- Razi Nurullayev - 0,79 faiz;
- Elşad Musayev - 0,66 faiz;
- Fuad Əliyev - 0,48 faiz;
Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10%-ni toplayaraq qalib gəlib.
Qeyd edək ki, prezident seçkilərində respublika üzrə 4 971 032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.