MSK seçkinin nəticələrini elan etdi - Rəsmi

Bu gün Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.
Bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə açıqlayıb.

O bildirib ki, seçki bülletenlərinin 54,47 faizi sayılıb. Hazırkı nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Zahid Oruc 2,2 faiz, Razi Nurullayev 0,79 faiz, Fazil Mustafa 1,99 faiz, Elşad Musayev 0,66 faiz, Qüdrət Həsənquliyev 1,78 faiz, Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

M.Pənahov yaxın 1-1,5 saat ərzində seçki bülletenlərinin 90%-dən çoxunun nəticələrinin elan olunacağını bildirib.

***

Seçki bülletenlərinin 93,3 faizi sayılıb. Hazırkı nəticəyə görə, İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Digər namizədlərin səs faizi isə belədir: Qüdrət Həsənquliyev 1,76 faiz, Zahid Oruc 2,19 faiz, Fazil Mustafa 2 faiz, Elşad Musayev 0,67 faiz, Razi Nurullayev 0,8 faiz, Fuad Əliyev 0,53 faiz.