Hacıyev: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

Xocalıda aşkarlanan kütləvi məzarlıqlardakı insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyənləşdiriləcək.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev Xocalı soyqırımına və azərbaycanlılara qarşı digər cinayət əməllərinə görə Ermənistanın bir dövlət kimi məsuliyyət daşıdığını vurğulayıb.