DK: Onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var

İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı onlarla ərazidə qazıntı aparılması planlaşdırılır.

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu ilki plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə axtarış məqsədli qazıntılar davam etdiriləcək: “Bu qazıntılar işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək. Bizdə onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var. Bu məlumatlar toplanaraq sistemləşdirilir".