Generala yüksək vəzifə verildi

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.
Sherg.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifə boş idi.