"X" TV-lər üçün "Youtube"un analoqunu işə salır

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus "X" "Youtube"la rəqabət aparmaq üçün “Amazon” və “Samsung Smart” TV-lər üçün proqram təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə “Fortune” jurnalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış "Youtube" tətbiqi ilə eyni olacaq.

"Mask "Youtube" ilə rəqabət aparmaqda qərarlıdır”, - deyə nəşrin həmsöhbəti bildirib.

Onun fikrincə, tətbiqin köməyilə Mask istifadəçiləri televiziya ekranlarında uzun videolara baxmağa inandırmaqla yeni reklamçıları cəlb etmək niyyətindədir.