Pakistanlı tədqiqatçı: Qərb mediası müsəlmanlara qarşı tamamilə qərəzlidir

Qərb mediası müsəlmanlara qarşı tamamilə qərəzlidir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan haqqları" adlı panel müzakirəsində Pakistan Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru Ahsan Hamid çıxışında deyib.
O bildirib ki, sağçı populist siyasətçilər ölkə daxilindəki sosial-iqtisadi problemləri müsəlmanlarla, İslamla əlaqələndirir, onlar İslamafobik narrativlərdən istifadə edirlər: "Qərbdəki bu siyasətçilər İslamı ideoloji düşmən kimi təqdim edirlər. İslamı Avropanın təhlükəsizliyinə təhdid kimi təsvir edirlər. Qərb mediası müsəlmanlara qarşı tamamilə qərəzlidir və sağçılar İslamafobik mesajlarını bu media platformaları vasitəsilə yayırlar".
O deyib ki, seçkilər zamanı Avropada anti-müsəlman ritorikası daha da güclənir.

Tədqiqatçı bildirib ki, İslamafobiya ilə bağlı effektiv mübarizə üçün çoxtərəfli addımlar atılmalıdır.