İslamofobiya ilə mübarizə mövzusunda  konfransda Kommünike qəbul edilib

Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransın iştirakçıları Kommünike qəbul ediblər.

APA xəbər verir ki, Kommünike mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Kommünikedə iki günün xülasəsi, müzakirələrin mövzusu və digər bu kimi məsələlər öz əksini tapıb.

Kommünikeyə əsasən, iştirakçılar Avropada islamofobiya konteksində olan problemlərin genişlənməkdə olduğu fikrini dəstəkləyir.