Bakıda Xəzər hövzəsi ölkələrinin prokurorluq orqanlarının vəzifəli şəxslərinin görüşü keçirilir

Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü keçirilir.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanın baş prokuroru Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, eləcə də Xəzər hövzəsi ölkələrinin prokurorluq orqanlarının vəzifəli şəxsləri təmsil olunur.