Co Baydenin namizədlikdən imtina çağırışlarına cavabı: Mən heç yerə getmirəm


ABŞ prezidenti Co Baydenin 2024-cü il seçki yarışından geri çəkilmək çağırışlarına baxmayaraq, onun namizəd olacağı Ağ Ev tərəfindən açıqlanıb.

Sherg.az xəbər verir ki, Bayden Ağ Evdə keçirilən Müstəqillik Günü şənliyində açıqlamalar verib.

81 yaşlı prezident ona mübarizə aparmağa davam etməsini söyləyən tərəfdarına cavab olaraq "Məni başa düşdün, adam. Mən heç yerə getməyəcəyəm" deyə bildirib.

Qeyd edək ki, Co Bayden başqa bir prezidentliyə namizəd Donald Trampla qatıldığı proqramdakı debat performansına görə kəskin tənqidlərə məruz qalıb.

Virciniya ştatında seçki kampaniyası zamanı çıxış edən Bayden respublikaçı rəqibi, keçmiş prezident Donald Trampla debatının yaxşı getmədiyini etiraf edib.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.