
Almaniya Türkiyə vetosunu gec-tez götürəcək -Politoloq
Yusif Nəzərli
05:33 23.04.2025
Dünya
493
Əkrəm İmamoğlunun çağırışı da dövlətçilik baxımından yerində olan addımdır
Almaniyada Olaf Şoltz hökuməti “Tayfun” qırıcılarının Türkiyəyə satışına veto qoyub. Bu qərarın İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbsi ilə əlaqədar qəbul edildiyi bildirilib. “Tayfun” qırıcıları ilə bağlı dosye yeni koalisiya hökumətinin masasında olacaq. Bu qərarın 6 mayda kansler vəzifəsinin icrasına başlayacaq Fridrix Merz tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli deyil. Ancaq korrupsiya ittihamı ilə həbs olunan Əkrəm İmamoğlu Almaniyaya çağırış edib. O, Almaniyanın yeni hökumətinə bu qərarı geri çəkməyi xahiş edib.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Almaniyanın hər fürsətdə Türkiyənin əleyhinə addımlar atması adi hal alıb. Ekspert vurğulayıb ki, Türkiyədəki daxili prosesləri bəhanə edərək "Tayfun" qırıcılarının satışına veto qoyması da buna misaldır:

"Türkiyənin Avropanın təhlükəsizliyi məsələsində rolunun artdığı bir məqamda Almaniyanın bu addımı Türkiyəyə qarşı qısqanclığın nəticəsidir. Almaniya NATO-nun ikinci böyük ordusu olan Türkiyənin indiki dövrdə proseslərdə söz sahibi olmasını həzm edə bilmir. Almaniya Avropanın aparıcı gücü olsa da, ABŞ-nin Avropanı Rusiya qarşısında tək qoyması fonunda çıxılmaz vəziyyətdədir. Tək Almaniyanın yox, bütün Avropanın Rusiya qarşısında səksəkədə yaşadığı bir dövrdə onları yalnız Türkiyə bu vəziyyətdən xilas edə bilər".
Siyasi şərhçi yeni koalisiya hökumətinin vetonu götürməsinin zaman alacağını hesab edir:
"Məsələ ondadır ki, Almaniya Türkiyəyə qarşı təzyiq kimi istifadə edəcəyi fürsəti əldən vermək istəməz. Bir müddət Türkiyənin Almaniyadan asılı olduğu görüntüsünü yaradıb özünün söz sahibi olduğunu göstərəcək. Amma Almaniyanın vetonu gec-tez götürəcəyi mütləqdir. Türkiyənin artan rolu qarşısında Almaniya özünü arzuedilməz ölkə durumuna salmaz. Əkrəm İmamoğlunun çağırışının dövlətçilik baxımından yerində olduğu qənaətindəyəm. İmamoğlu dövlət maraqları ilə şəxsi maraqların bir-birindən ayrı olduğunu etdiyi çağırışla isbat etmiş oldu. Bu, onun dövlət adamı kimi formalaşdığının sübutudur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya