Ərdoğan Qarabağ atlarının iştirakı ilə təqdim olunan çıxışı izləyib
16:50 24.05.2025
Mədəniyyət
559
İstanbulda VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri və irsi tədbir iştirakçılarına və qonaqlara nümayiş etdirilir.
Mayın 24-də festivalın xüsusi proqramında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə xanım Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdimatında möhtəşəm "Zəfər" şou-kompozisiyasını izləyiblər.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.
Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, süvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Prezidenti və Əminə xanım tərəfindən böyük maraqla qarşılanıb. Süvarilərimizin çıxışı ayaq üstə gur alqışlarla qarşılanıb.
Qeyd edək ki, mayın 25-də Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm