
Zəngəzur dəhlizinin əhəmiyyəti daha qlobal məzmun daşımaqdadır -Millət vəkili
Zəngəzur dəhlizinin əhəmiyyəti daha qlobal məzmun daşımaqdadır -Millət vəkili
Yusif Nəzərli
13:15 24.09.2025
Aktual
653
Zəngəzur dəhlizinə Orta Dəhlizin ən vacib seqmentlərindən biri kimi ciddi perspektivlərə malikdir
“Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu.”
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyev “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda müraciətində öz əksini tapıb.
O bildirib ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq.
“TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.”, - Prezidentin müraciətində deyilir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük zəfəri ilə yaratdığı geosiyasi konfiqurasiyanın ölkəmizin artan güc və imkanları hesabına, habelə Vaşinqtonda imzalanan sənədlərlə daha da möhkəmlənməsi fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti daha da qlobal məzmun danışmaqdadır:

"Əgər əvvəllər Zəngəzur dəhlizinə dar mənada Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən, geniş mənada isə Türk dövlətlərini əlaqələndirən kommunikasiya şəbəkəsi kimi baxırdıqsa, hazırda bu yol Orta Dəhlizin ən vacib seqmentlərindən biri kimi ciddi perspektivlərə malikdir. Xüsusən Vaşinqton görüşünün ardınca ABŞ-nin maraqlı tərəf kimi çıxış etməsi və zəmanətçi rolunu üstlənməsi əvvəlki dövrlərdən fərqli olaraq layihə üzrə real işin gedəcəyi barədə düşünməyə ciddi əsaslar verir. Bir müddət öncə möhtərəm Prezidentin də ifadə etdiyi kimi, 10 noyabr 2020-ci il Bəyanatında - kapitulyasiya aktında da Ermənistan Zəngəzur dəhlizinin açılması barədə öhdəlik götürmüşdü. Lakin sonrakı dövrdə Ermənistan sənəd üzrə götürdüyü öhdəlikləri ölkə daxilindəki revanşist kəsimin təsiri, kənar güclərin təhriki ilə yerinə yetirməkdən boyun qaçırmış və nəticədə adıçəkilən layihə icra olunmamışdı. Sirr deyil ki, bu gün də Ermənistan Zəngəzur dəhlizi layihəsi istiqamətində texniki əsaslandırma işləri də daxil olmaqla heç bir real addım atmayıb. Lakin ötən dövrdən fərqli olaraq bu dəfə Azərbaycan Respublikası təşəbbüsləri daha çox ələ almış və ABŞ-nin timsalında iri güclərin bu layihə üzrə maraqlarını uzlaşdırmağı bacarıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm