
“Gürcü Arzusu” Kremlin arzusu ilə hərəkət edir -POLİTOLOQ
Yusif Nəzərli
06:57 02.10.2025
Cənubi Qafqaz
458
Gürcüstanda hakimiyyətlə xalq arasında böhran dərinləşir
“Siyasi parçalanma və süni gərginlik ölkəni xaosa aparır. Gürcüstanda hakimiyyət xalqın istədiyi hökumət deyil”
Gürcüstanda oktyabrın 4-də yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Hakim "Gürcü Arzusu" Partiyasının keçirdiyi seçkilərin legitimliyi Qərb tərəfindən tanınmır. ABŞ başda olmaqla, Avropa İttifaqı "Gürcü Arzusu"nu Rusiyayönümlü siyasət aparmaqda ittiham edirlər.
Müxalif siyasətçi Paata Burçuladze 4 oktyabr tarixinin rəsmi şəkildə Bidzina İvanişvilinin sülh yolu ilə devrilməsi günü elan edib və gürcü xalqını inqilaba səsləyib: “Biz qanunsuz olaraq ələ keçirilmiş hakimiyyəti İvanişvilidən almalıyıq və xalqın ixtiyarına qaytarmalıyıq. 4 oktyabr sadəcə bir etiraz deyil, tarixi qələbə günü olacaq”.
Gürcüstan Baş naziri İrakli Kobaxidze isə jurnalistlərə açıqlamasında dəmir barmaqlıqlar arxasında yeni “vicdan günahkarları” görmək istəmədiklərini bəyan edib. Baş nazir hamını qanunun sərt reaksiyasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıb.
Baş nazir müxalif siyasətçi Paata Burçuladzenin elan etdiyi inqilabın uğur qazanması ehtimalını rədd edib:
“Hər kəsə açıq xəbərdarlıq edirəm: biz kimisə həbs etməkdən həzz almırıq, amma kimsə qanunu pozarsa, bunun nəticələri ilə üzləşməlidir. Bu, bizim dostluq mesajımızdır. Dəmir barmaqlıqlar arxasında yeni “vicdan günahkarları”na ehtiyacımız yoxdur. Bir daha hamını sərt hüquqi reaksiya doğura biləcək hərəkətlərdən çəkinməyə çağırıram. Bu, bizim qəti xəbərdarlığımızdır.
Əlbəttə, Paata Burçuladzenin elan etdiyi inqilab uğur qazana bilməyəcək, amma əvvəlkilərdən daha çox insan dəmir barmaqlıqlar arxasına düşə bilər. Vətəndaşlarımızı düzgün xəbərdar etmək bizim borcumuzdur. Qanun çox sərt cavab verərsə, təəccüblənməyin”.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Gürcüstanda baş verənlər daima Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edib. Bu ölkədə inqilab və siyasi xaosun baş verməsi ölkənin milli birliyinə zərbə vurur. Xüsusilə, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları və təhlükəsizliyi Azərbaycan üçün əsas prioritet olaraq qalır.
Qonşu ölkədə baş verən siyasi gərginliyi və seçkiöncəsi vəziyyəti şərh edən siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, Gürcüstanda artıq uzun müddətdir hakimiyyətlə cəmiyyət arasında dərin böhran yaşanır. Onun sözlərinə görə, bu böhran sadəcə daxili siyasi proseslərin nəticəsi deyil, həm də regional və qlobal güclərin maraqlarının toqquşmasından qaynaqlanır.
Ekspertin fikrincə, hazırda Gürcüstanda hakimiyyətlə xalq arasındakı qarşıdurma olduqca təhlükəli mərhələyə keçib:

“Cəmiyyətin daxilində ciddi parçalanma müşahidə edilir. Gürcüstandakı hakim siyasi qüvvə – “Gürcü Arzusu” Partiyası Rusiyayönümlü siyasət yürüdür. Buna qarşı olan müxalif qüvvələr və cəmiyyətin böyük bir hissəsi isə açıq şəkildə Qərbə inteqrasiya tərəfdarıdır. Bu baxımdan Gürcüstanda, əslində, Rusiya ilə Qərbin təsir dairəsi uğrunda ciddi mübarizə gedir. Bu qarşıdurma həm siyasi institutlara, həm də sosial münasibətlərə təsir göstərir, ölkədəki gərginliyin dərinləşməsinə yol açır”.
E.Xalidbəylinin sözlərinə görə, hərçənd hökumət bunu daim inkar etsə də, əslində, Rusiya ilə münasibətlərin qorunması hakim partiya üçün strateji əhəmiyyət daşıyır:
“Rəsmi Tbilisi Qərbə loyal mövqedə olduğunu nümayiş etdirməyə çalışsa da, Kremlin siyasi təzyiqlərindən və şərtlərindən kənarda qala bilmir. Son zamanlar Gürcüstanda azərbaycanlı icması ilə bağlı yaradılan süni gərginlik də təsadüfi deyil. Bu prosesin arxasında məqsədyönlü şəkildə aparılan təxribatların dayandığını düşünmək olar. Ən diqqətçəkən məqamlardan biri isə hakim "Gürcü Arzusu" Partiyasının bu cür təxribatların qarşısını almaması, əksinə, səssiz müşahidəçi mövqe sərgiləməsidir. Böyük ehtimalla, bunun arxasında Kreml tərəfindən verilmiş təlimatlar dayanır”.
Gürcüstandakı mövcud siyasi proseslər bir daha təsdiqləyir ki, “Gürcü Arzusu” Partiyası heç də gürcü xalqının arzuladığı hökumət deyil.
Bu isə seçkiöncəsi dövrdə Gürcüstanda vəziyyəti daha da gərginləşdirir və ölkənin gələcək siyasi taleyini qeyri-müəyyən edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual