
Müzakirələr sülh müqaviləsinə aparan yolun açılmasına xidmət edir -Politoloq
10:09 02.10.2025
Siyasət
349
Natiq Miri: Görüş 8 avqustda Vaşinqtonda imzalanan sənədlərə sadiqliyin nümayişidir
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, bu görüşdə əsas müzakirə predmeti nəqliyyat kommunikasiyalarının, xüsusilə də Zəngəzur dəhlizinin açılması olacaq:

"Bu istiqamətdə hər iki tərəf fəaliyyət göstərir. Ərazilərdə basdırılmış minalar təmizlənir və nəqliyyatın normal fəaliyyəti üçün infrastrukturun yaradılması planlaşdırılır. ABŞ nümayəndə heyətinin Ermənistana səfəri zamanı bu məsələ gündəmə gətirilmişdi. Ermənistan nümayəndə heyətinin ABŞ-a səfəri də gözlənilir. Burada dəhlizin fəaliyyəti, dəmir yolunun inşası və maliyyələşmə məsələləri müzakirə olunacaq. Çünki dəhlizdə yalnız yol və gömrük sistemləri deyil, təhlükəsizlik də təmin edilməlidir. Azərbaycandan Naxçıvana gedəcək yüklərin və sərnişinlərin təhlükəsizliyi prioritet məsələdir. Bu səbəbdən İrəvanın atacağı addımlar və danışıqların mərhələsi iki dövlət başçısı arasında müzakirə ediləcək. Paralel olaraq, yekun sülh müqaviləsi də gündəmə gələcək. Ermənistanda vəziyyət qeyri-müəyyəndir. Rusiya tərəfindən yönləndirilən revanşist qüvvələr mövcuddur. Gələn ilin iyununda parlament seçkiləri keçiriləcək. Azərbaycanın şərti isə Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasıdır".
Analitik qeyd edib ki, son aylarda hər iki ölkə bir-birini tamamlayan qərarlar qəbul edib:
"Məsələn, Rusiyada keçirilən “Eurovision”da hər iki tərəf iştirak etmədi, Qazaxıstanda keçirilən musiqi yarışında isə həm Azərbaycan, həm də Ermənistan iştirak etdi və bir-birinin ifaçılarına ən yüksək bal verdi. Bu, qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Müzakirələr nəticə etibarilə sülh müqaviləsinə aparan yolun açılmasına xidmət edir. Görüş həm də 8 avqustda Vaşinqtonda imzalanan sənədlərə sadiqliyin nümayişidir. Bu proses tərəflərin imzalarına nə qədər sadiq olduqlarını yoxlamaq xarakteri daşıyır. Sabotaj və vaxtı uzatmaq mümkün deyil. Bu kimi görüşlər yekun sülh müqaviləsinə töhfə verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm