
Azərbaycanla əlaqələrin qurulması Avropa İttifaqı üçün son dərəcə vacibdir -ŞƏRH
11:44 02.10.2025
Siyasət
497
Azərbaycan Avropa İttifaqının "qızıl fondu"dur
Səməd Seyidov: Azərbaycanın əldə etdiyi sülh razılaşması Avropa tərəfindən ümumi uğur kimi təqdim edilir
Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımlar, qlobal güc mərkəzlərinin gündəmində ön sıradadır. Bu prosesin başında dayanan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli diplomatik səyləri, regionda sabitliyin və əməkdaşlığın bərqərar olunmasına yönəlmiş addımları beynəlxalq səviyyədə təqdir edilir. Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 2025-ci ilin payızında keçirilən Avropa siyasi liderlərinin toplantısında Azərbaycanın sülh təşəbbüslərinin yüksək qiymətləndirilməsi və gündəmin əsas məsələlərindən biri kimi müzakirə edilməsi, bu uğurların növbəti təsdiqi oldu.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mövzu ilə bağlı Sherg.az-a danışıb:

"Toplantı başlayar-başlamaz, ilk çıxış edənlərdən biri Avropa İttifaqı Şurasının sədri Antonio Kosta, Azərbaycan Prezidentini və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə açıq şəkildə, hamının qarşısında təbrik etdi. Ardınca söz Fransa Prezidentinə verildi. O da öz çıxışında Azərbaycan Prezidentinin Vaşinqtonda Ermənistanla birlikdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh müqaviləsinin imzalanması təşəbbüsünü vurğuladı.
Faktiki olaraq bu gün Avropa siyasi liderlərinin toplantısı iki mühüm məsələ ilə başladı. Onlardan biri Moldovada Maia Sandunun seçkidə qələbəsi, digəri isə Prezident İlham Əliyevin Ermənistanla əldə etdiyi razılaşmalardır. Bu, hazırda Avropada ən yüksək səviyyədə müzakirə olunan və təbriklərlə qarşılanan məsələdir.
Bu da onu göstərir ki, Orbanın sözlərində böyük həqiqət var: Azərbaycan Avropa İttifaqının "qızıl fondu"dur. Azərbaycanla əlaqələrin qurulması və inkişafı Avropa İttifaqı üçün son dərəcə vacib və əhəmiyyətlidir".
Deputat bunun eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin parlaq nəticəsi olduğunu söyləyib:
"Bu siyasi forum əvvəlkilərdən fərqlənir. Əvvəlki forumlarda əsas müzakirə mövzuları Avropanın öz daxili məsələləri olurdu. Bu dəfə isə forum Azərbaycanın sülh nailiyyəti ilə başladı. Faktiki olaraq, Azərbaycanın əldə etdiyi sülh razılaşması Avropa tərəfindən ümumi bir uğur kimi təqdim edilir. Bu, tarixi hadisədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm