Kopenhagen sammiti dünyaya mesajdır - TƏHLİL
05:45 03.10.2025
Siyasət
328
Azərbaycan Avropanın yeni təhlükəsizlik modelində əsas oyunçuya çevrilir
Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Zirvədə Prezident İlham Əliyev də iştirak edib. Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunur. “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Prezident İlham Əliyevin iştirakı isə xüsusi diqqət çəkir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir və Cənubi Qafqazda sülhün təşəbbüskarı rolunu oynayır.
Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, Kopenhagendə keçirilən görüş Avropanın gələcək geosiyasi düzəninin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Onun sözlərinə görə, sammitdə Ukraynaya dəstək məsələsi ön plandadır:
"Amma diqqətçəkən məqam odur ki, artıq Avropa liderləri təhlükəsizliyi yalnız hərbi aspektdə deyil, həm də iqtisadi, enerji və informasiya müstəvisində dəyərləndirirlər. Bu isə Avropanın yeni təhlükəsizlik modelindən xəbər verir. Prezident İlham Əliyevin tədbirdə iştirakı Azərbaycanın Avropada artan rolunun göstəricisidir. Azərbaycan həm enerji sahəsində, həm də regional sabitlik məsələsində Avropanın mühüm tərəfdaşıdır. Qarabağdan sonrakı sülh prosesi və yeni enerji layihələri Azərbaycanın strateji əhəmiyyətini daha da artırır".
Ekspert əlavə edib ki, Rusiyanın Avropada apardığı hibrid müharibə metodları – kiberhücumlar, informasiya manipulyasiyası və enerji təzyiqləri – liderlər tərəfindən ciddi təhdid kimi dəyərləndirilir: "Avropa dövlətləri başa düşürlər ki, sabitlik yalnız sərhəd müdafiəsi ilə ölçülmür. İnformasiya məkanı, iqtisadi təhlükəsizlik və enerji müstəqilliyi də təhlükəsizliyin ayrılmaz hissəsidir. Bu sammit Azərbaycanın da beynəlxalq platformalarda mövqeyini möhkəmləndirir və Bakı üçün yeni imkanlar açır".
Politoloq Məhəmməd Əsədullazadə də Sherg.az-a deyib ki, hazırda Avropa ölkələri son 50 ildə özünün ən gərgin təhlükəsizlik qayğıları ilə üzləşib. Onun sözlərinə görə, Rusiyanın artan aqressiyası Avropa Siyasi Birliyini konkret qərarlar qəbul etməyə vadar edir:
"Azərbaycan da Avropa Siyasi Birliyinin üzvüdür və sammitdə iştirak edir. Hazırda Azərbaycanla Avropa Siyasi Birliyi arasında münasibətlər normaldı. Avropa Parlamenti və Avropa Şurasından fərqli olaraq Avropa Siyasi Birliyi Azərbaycanla siyasi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni siyasi nizam təkcə Cənubi Qafqazla məhdudlaşmır. Bu, Avropa və Asiyanı birləşdirən yeni nəqliyyat arteriyasının açılmasına gətirib çıxarır. Ona görə də Avropa Azərbaycanla bütün sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Həmçinin, Azərbaycanın enerji təchizatında oynadığı rol Avropa üçün cəzbedicidir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Cənubi Qafqazı ASB üçün strateji əhəmiyyətli edir. Avropa İttifaqının "qonşuluq siyasəti" strategiyası müxtəlif maneələrlə qarşılaşır və özünü doğrultmur. Amma Avropa Siyasi Birliyi Cənubi Qafqaz ölkələri ilə təhlükəsizlik, siyasi-iqtisadi və enerji məsələlərini müzakirə etməklə, regiona ümumi baxışı müsbət istiqamətdə formalaşdırır. Rusiyanın Ukraynaya qarşı hərbi işğalı regionda yeni bir böhranlı situasiya yaradır. Ona görə də ASB Rusiyanın təzyiqi ilə daima üzləşən Cənubi Qafqaz ölkələrinə dəstəyi artırmış olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm