Leyla Əliyevanın təşəbbüsü ilə Xəzərə həsr olunmuş beynəlxalq konfrans keçirilib
10:47 03.10.2025
Ekologiya
279
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində “Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA xəbər verir ki, oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2,5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.
Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 Prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.
Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət