Ukraynanın suverenliyi ikinci planda qalır - ŞƏRH
03:43 04.10.2025
Siyasət
344
Ağ Evlə Kreml daha çox güzəşt və geniş sövdələşmə imkanlarını axtarır
Rusiya Prezidenti Vladimir Putin "Valday" konfransında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib. Sadəcə onu deyib ki, ordu bütün istiqamətlərdə irəliləyir. Putin Qərbin dünyada hegemonluğunun başa çatdığını vurğulayıb: "ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır".
Kreml rəhbəri amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: "NATO bizi "kağız pələngi" adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?". Putinin ABŞ və NATO rəhbərliyinə xatırlatması da olub: "2000-ci ildə ABŞ-nin keçmiş Prezidenti Bill Klintona təklif etdim ki, Rusiyanı NATO-ya üzv qəbul etsinlər, o, əvvəlcə razılaşdı, sonra müşavirlərinin məsləhətlərini dinləyərək fikrindən vaz keçdi".
Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Putin Rusiyanın Qərbə qarşı etibarlı duruş göstərən imicini formalaşdırmaq üçün müxtəlif informasiya əməliyyatlarından istifadə edir. Ekspert vurğulayıb ki, Rusiya ABŞ-dən çox, NATO-nun Avropa qanadını təhdid edir:
"Bu, praktiki olaraq NATO üzvlərinə qarşı dronlarla həyata keçirilən əməliyyatlarda özünü göstərir. Putin NATO üzvlərinin hava məkanlarına müdaxilə kampaniyasından sonra bildirib ki, Moskva Avropanın militarizasiyasını yaxından izləyir. Eyni zamanda NATO-nun yaratdığı təhlükə qarşısında Rusiyanın güclü hərbi imkanlarının olduğunu göstərməyə çalışır. Bu, Donald Trampın prezidentlik kampaniyası dövründə "NATO ölkələrini Rusiya ilə üz-üzə qoya bilərik" təhdidinin Moskva tərəfindən icrasını göstərir. Hərçənd, ABŞ indi Rusiyanı daha çox cilovlamaq kampaniyası aparır və "Tomohawk" raketlərinin Ukraynaya göndərilməsini prioritetləşdirir. Tramp administrasiyası Rusiyanın bəzi dərinliklərinə zərbə endirmək üçün Ukraynaya veriləcək kəşfiyyat məlumatlarını bərpa edir. Ukraynanın Rusiyanın arxa hissəsində qorunan mühüm hərbi infrastruktura zərbələr endirmək üçün əməliyyat modelinə malik olduğu artıq bir faktdır".
Analitikin fikrincə, hadisələr göstərir ki, Tramp və Putin Alyaskadakı görüşdən sonra təşkil ediləcək yeni müzakirələrə ən güclü əl olaraq getmək üçün kampaniya aparırlar:
"Yəni həm Rusiya, həm də ABŞ Ukraynadakı müharibə fonunda yaranmış meydanda güc balansını dəyişməyə istiqamətlənirlər. Lakin bunlar ABŞ-nin Ukraynadakı müharibəni rəsmi Kiyevin irəli sürdüyü şərtlər çərçivəsində həll edəcəyinə birbaşa imkan vermir. Ağ Evlə Kreml daha çox güzəşt və geniş sövdələşmə imkanlarını axtarır. Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələləri arxa plana keçir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə