İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazı ilə bağlı Omanla konstruktiv təmasın olduğunu bildirib.
APA-nın Tehran bürosu xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə çox konstruktiv telefon danışığımız oldu. İranın Omanla həmrəyliyini və hər cür təhdid qarşısında dəstəyini ifadə etdim”, - Əraqçi qeyd edib.
İranlı nazir bildirib ki, tərəflər Hörmüz boğazı və onun gələcəkdə idarə olunmasını suveren məsuliyyətlər və beynəlxalq hüquq çərçivəsində müzakirə ediblər.
"Biz bütün qonşu ölkələrlə məsləhətləşmələri alqışlayırıq”, - Əraqçi vurğulayıb.