İnstitutun adından "Azərbaycan Milli Elmlər Akademiyası" sözləri çıxarıldı - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun binasının üzərindən  "Azərbaycan Milli Elmlər Akademiyası" sözləri çıxarılıb.

Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası prezidentinin 2023-cü il sərəncamı ilə bu institut digər 36 institut kimi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, institutun adı sadəcə İnformasiya Texnologiyaları İnstitutu olub.