
İranın Borçalıda apardığı ideoloji “iş” nəticəsini verir! – “Azərbaycanlıları bölməyə çalışırlar"
Yusif Nəzərli
14:58 22.06.2022
Gündəm
904
“Burada digər əsas məqam Gürcüstan hakimiyyətinin buna şərait yaratmasıdır”
“Xüsusilə İrana yaxın dini bayramlarda gürcü kilsə və dövlətinin də xüsusi dəstək verdiyinin şahidi oluruq”
“Uzun müddətdir, Gürcüstan müsəlmanları Azərbaycan dövlətinin nəzərindən kənarda qalıb. Həmin əhali ilə ideoloji işlər aparılmayıb, lazımı münasibətlər qorunub saxlanılmalıyıb və dini-ictimai məsələlərlə bağlı əlaqalər qurulmayıb. Nəticədə boşluq yaranıb. Bu boşluğu daha çox İranın doldurduğunun şahidi oluruq. Bəzi hallarda isə başqa dövlətlər tərəfindən dəstəklənən dini təriqətlər tərəfindən bu boşluq əvəzlənir”.

Bu barədə əslən Borçalı türkü olan siyasi şərhçi Turab Rzayev “Sherg.az”a Borçalıda azərbaycanlılar tərəfindən keçirilən aksiyanı şərh edərkən deyib. O, bildirib ki, İranın uzun müddətdir, apardığı ideoloji “iş” öz nəticəsini verir:
“İran vaxtı gəldikdə 30 il ərzində qurduğu, maddi, mənəvi və digər cəhətlərdən dəstəklədiyi azərbaycanlılardan istifadə edəcək. Bu hazırda baş verir və bütün hallarda Azərbaycan Respublikasının yanında olmalı olan şəxslər İranın siyasi ajandasına uyğun hərəkət edir. Aydın məsələdir ki, burada İran tərəfindən uzun illər yaradılan ideoloji əlaqələrin və göstərilən dəstəklərin xüsusi rolu var. Eyni zamanda, burada Azərbaycan dövlətinin yaratdığı boşluqlar var. Azərbaycan elə boşluq yaratmalı deyildi ki, başqa dövlətlər bundan istifadə etsin”.
Analitikin sözlərinə görə, burada digər əsas məqam Gürcüstan hakimiyyətinin buna şərait yaratmasıdır:
“Xüsusilə İrana yaxın dini bayramlarda gürcü kilsə və dövlətinin də xüsusi dəstək verdiyinin şahidi oluruq. Hətta bir çox kəndlərdə bu qəsdən yayılır. Məsələn, hər kənddə 10-15 radikal şiənin və 10-15 radikal sələfi və təkfirçi şəxsin formalaşmasına şərait yardırlar ki, nəticədə yerli icmada bölünmə yaşansın. Çünki radikal şiələr və radikal sələfilər bir – birinə nifrət edirlər, onların birləşməsi mümkün deyil. Digər tərəfdən də “Parçala və hökmranlıq et” prinsipinə uyğun olaraq həmin əraziləri idarə etmək çox asan olur.
Aydın məsələdir ki, Azərbaycan dövləti Qafqaz Müsəlmanlar İdarəsi kimi amorf, heç bir funksiyası və real fəaliyyəti olmayan qurumla Gürcüstana təzyiq göstərə bilmir. Radikal sünni, şiə qüvvələri və ya İran, Səudiyyə Ərəbistan kimi ölkələrin təsirində olan dini qruplara nəzarət edə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi