Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, bu barədə Yavaş sosial media hesabında paylaşım edib.
Yavaş bildirib ki, siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcək. O, qərarını uzun müddət düşündükdən və məsuliyyəti üzərinə götürdükdən sonra verdiyini qeyd edib.
Bələdiyyə sədri 19 martdan başlayan və sonrakı hüquqi-siyasi mübahisələrlə davam edən prosesə də toxunaraq, bu müddət ərzində mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib.