Ağ Ev İranla bağlı keçirilən son toplantıdan sonra bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp yalnız ABŞ üçün faydalı olan və ölkənin “qırmızı xətlərinə” uyğun gələn razılaşmanı qəbul edəcək. Ağ Ev vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək.
Sherg.az xəbər verir ki, dünən Ağ Evin rəsmisi Vəziyyət Otağında (Situation Room) keçirilən və mümkün ABŞ–İran razılaşmasının müzakirə olunduğu milli təhlükəsizlik toplantısını dəyərləndirib.
Anadolu Agentliyinin müxbirinin sualını cavablandıran rəsmi bildirib:
“Vəziyyət Otağında keçirilən toplantı təxminən iki saat davam etdi. Prezident Donald Tramp yalnız ABŞ üçün faydalı olan və onun müəyyən etdiyi qırmızı xətləri qarşılayan bir razılaşma bağlayacaq. İran heç vaxt nüvə silahına sahib ola bilməz.”