Trampdan Paşinyana tam dəstək: ABŞ Ermənistan seçkilərinə müdaxilə mesajı verdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Pashinyana iyun ayında keçiriləcək parlament seçkilərində “tam və mütləq dəstək” verəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp sosial şəbəkə paylaşımında Paşinyanı “yaxşı dost və lider” adlandıraraq onun Ermənistanı daha güclü, zəngin və təhlükəsiz etdiyini bildirib.

O qeyd edib ki, Paşinyan ABŞ-nin Cənubi Qafqaz və sülh siyasəti ilə uyğun mövqe sərgiləyir.

Tramp həmçinin ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfərinə toxunaraq, bu görüşlərdə iki ölkə arasında mühüm razılaşmalar üzrə irəliləyiş əldə olunduğunu deyib.

ABŞ prezidenti bildirib ki, yaxın zamanda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan yeni layihənin təməli qoyula bilər.

Trampın sözlərinə görə, bu layihə ABŞ, Ermənistan və Cənubi Qafqazın iqtisadi və strateji əlaqələrini gücləndirməyi hədəfləyir.