Türkiyə Ukrayna üzrə danışıqlarda tərəfləri təmkinli olmağa və prosesi poza biləcək təxribatlardan çəkinməyə çağırıb.
Sherg.az xəbər verir ki, “RİA Novosti”nin Türkiyə hökumətindəki mənbəyə istinadən verdiyi xəbərə görə, əsas məqsəd danışıqların pozulmasına və tərəflərin yeni eskalasiyaya sürüklənməsinə imkan verməməkdir.
Mənbə bildirib ki, danışıqlar prosesi sakit və işgüzar şəraitdə davam etməli, diplomatik təmasların qorunması üçün mövcud imkan itirilməməlidir.
Qeyd edək ki, Rusiya daha əvvəl Ukrayna böhranının nizamlanması ilə bağlı öz yanaşmalarını Türkiyə tərəfinə təqdim edib.