Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat məlumatlarına görə, Rusiya yaxın saatlarda və ya günlərdə pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərlə yeni genişmiqyaslı hava hücumu həyata keçirə bilər.
Sherg.az xəbər verir ki, o, Ukraynanın müdafiəyə hazır olduğunu, lakin hava hücumundan müdafiə sistemləri və raketləri üçün ABŞ və digər müttəfiqlərin əlavə dəstəyinə ehtiyac duyduğunu vurğulayıb.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a Kiyevdəki diplomatlarını və vətəndaşlarını təxliyə etməyi tövsiyə etmişdi.