Fəhlənin başına daş düşdü


İyulun 4-də səhər Bakıda bədbəxt hadisə baş verib.
"Sherg.az"Trend-ə istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başının travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.