ABŞ-da daha bir atışma olub: 7 ölü

 

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) atışma baş verib.
Trend-in yerli "Dayton Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 7 nəfər həlak olub.
Bildirilir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. İlkin məlumata əsasən, atəş açan şəxlərdən biri öldürülüb, polis əməkdaşları ikinci atəş açan şəxsin axtarışlarını aparırlar.
Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.