Valideynlərinin gözündən yayındı: 4 yaşlı uşaq faciəli şəkildə ölüb


 İzmir şəhərində lüks otelin aqua parkına girən 4 yaşlı Bəşər Arges Kaya ən  son faciəli oyununu oynayıb

5 ulduzlu Maxima Paradise Oteldə ana və atasının gözündən yayınaraq hovuza girən 4 yaşlı türk əslli İngiltərə vətəndaşı Bəşər Arges Kaya hovuzun dibində huşsuz halda tapılıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən cümə axşamı günü Özdərədəki 5 ulduzlu bir otelin aqua parkında yaşanıb. Londondan tətilə gələn Sinan Kaya və həyat yoldaşı Gülbahar Kaya, 4 yaşlı oğulları Bəşər Arges Kaya ilə birlikdə hovuz başına enib. Bu zaman ana və atasının gözündən yayınan  Bəşər 1 metr 20 santimetr dərinliyindəki hovuza girib. Uşaq dəqiqələr sonra fərq edilərək hovuzun dibindən çıxarılıb və dərhal xəstəxanaya aparılıb. 30 dəqiqəlik müdaxiləyə baxmayaraq Bəşəri həyata döndərə bilməyiblər.

Turan