Nazir müavini yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə gəlib - YENİLƏNİB-2


"Sədərək" Ticarət Mərkəzində yanığının söndürülməsi işləri davam etdirilir.
APA-nın məlumatına görə, Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirəzyev hadisə yerinə gəlib.
Nazir müavini yanğınsöndürülmə işlərinin gedişi ilə tanış olub, müvafiq göstərişlər verib.
***
saat 17.03
Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.​
***
saat 17.01
"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə ticarət mərkəzində yerləşən anbarlardan birində meydana gəlib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.