"Sədərək"dəki yanğın parfümeriya mağazasında başlayıb, anbara keçib - YENİLƏNİB-3



Bu gün  "Sədərək" Ticarət Mərkəzində yanğın parfümeriya mağazasında başlayıb.
APA-nın hadisə yerinə olan müxbirinin verdiyi məlumata görə, yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.
Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
saat 17.03
Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.​
***
saat 17.01
"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə ticarət mərkəzində yerləşən anbarlardan birində meydana gəlib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.