Zaqatalada avtobus motosikletlə toqquşub - FOTO


Azərbaycanda avtobus qəzası baş verib.APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Zaqatala istiqamətində hərəkət edən “Mercedes” markalı, 99 RM 098 dövlət qeydiyyat nişanlı sərnişin daşıyan avtobus ötmə əməliyyatı edən zaman rayonun Muxax kənd sakininin idarə etdiyi qoşqulu motosikleti vurub. Qəza zamanı motosikletin sürücüsü yüngül xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.