Türkiyənin Dənizli vilayətində ard-arda baş vermiş zəlzələ nəticəsində bəzi yaşayış evləri və obyektlər uçub.
APA -nın xəbərinə görə, vilayətin Bozkurt rayonunda 6 dəqiqə ara ilə 4.2 və 6 bal gücündə zəlzələ olub.
Rayonun bələdiyyə sədri Birsen Çəlik hadisə nəticəsində ölənlərin olmadığını, yüngül xəsarət alanların olduğunu bildirib. “İnsan tələfatı olmasa da, dağıntılar altında qalanlar var. Onların xilas edilməsi istiqamətində tədbirlər görülür”, - deyə o əlavə edib.
Vilayət rəsmiləri yeni zəlzələ olması ehtimalına qarşı sakinləri qəzalı vəziyyətdəki binalardan çıxmağa çağırıb.
Qeyd edək ki, səhər saatlarında Dənizliyə yaxın olan İzmir şəhərində də zəlzələ olub. Zəlzələ Antalya, Burdur və İsparta vilayətlərində də hiss edilib.
15:48
Türkiyənin Dənizli vilayətində zəlzələ baş verib.
APA -nın xəbərinə görə, zəlzələ bu gün yerli vaxtla saat 14.19-da (Bakı vaxtı ilə saat 15.19) vilayətin Bozkurt rayonunda qeydə alınıb. Zəlzələ 4,2 bal gücündə olub. Bundan sonra eyni rayonda 6 baş gücündə zəlzələ baş verib.