Bakıda minik maşını "KamAZ"la toqquşdu, ölənlər var


Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası olub.
Bazar səhəri qana boyandı: iki avtobusla minik maşını toqquşub, xeyli yaralı var
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “Mercedes” markalı minik avtomobili və “КамАZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.