Ağsuda yük maşını aşdı: Xəsarət alan var

Ağsu rayonunda yük avtomobilinin təkərinin partlaması yol qəzasına səbəb olub.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Hacıqabul rayon sakini, 1971-ci il təvəllüdlü Pirizadə Vasif Piriverdi oğlu idarə etdiyi "SHACMAN" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəfildən maşının təkəri partlayaraq yerindən çıxıb. Nəticədə yük maşını idarəetmədən çıxaraq aşıb. (report) Hadisə zamanı sürücü V.Pirizadə müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdır malara başlanılıb.