Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobil başqa minik maşını ilə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.