Hacıqabulda ana doğuşdan sonra öldü

Hacıqabulda ana doğuşdan sonra ölüb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Məlumata görə, rayonun Atbulaq kənd sakini 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı doğuşdan sonra kəskin qanaxma səbəbindən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.