Kənd sakini qonşusunu qətlə yetirdi

Saatlıda qətl törədilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaranuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.