5 yaşlı övladını öldürən qadının növbəti məhkəməsi keçirilib.
M Dailymail-ə istinadla xəbər verir ki, azyaşlı qızını qətlə yetirən 27 yaşlı anaya hökm oxunub. Məhkəmə Krystle Villanueva adlı qadının ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, ABŞ-ın Texas ştatının Kayl şəhərində yaşayan 27 yaşlı Krystle Villanueva 2017-ci ildə 5 yaşlı qızını ondan yemək istədiyinə görə bıçaqlayıb, sonra da başını bədənindən ayırıb. O, daha sonra qayınatasını bıçaqlayıb.