İranda güclü zəlzələ oldu


İranın Xuzestan əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yerli vaxtla saat 13.17 radələrində Xuzestan əyalətinin Salən bölgəsində 4,8 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.