Bakıda vəzifəli şəxs dənizdə boğulub öldü - YENİLƏNİB

Bakıda suda boğulan şəxs dekan müavini olub.
Oxu.Az-ın məlumatına görə, Tural  Qasımov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya və Biologiya fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

10:37
Bakı sakini dənizdə boğulub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, dünən Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımov dostu ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən “Mayak” çimərliyində dənizdə üzərkən boğulub.
Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerində meyitə baxış aparılıb, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.