Polislərdən nümunəvi addım: sahibsiz itləri... - Foto                          

Türkiyənin Ərzurum vilayətindəki Uzundere səmtində olan polis qrupları  29 aprel tam qapanmadan sonra yemək tapmaqda çətinlik çəkən sahibsiz heyvanlara yardım ediblər. 
“Sherg.az” “Cnnturk.com”a istinadən xəbər verir ki, polis məmurları öz imkanları ilə aldıqları yeməyi rayon mərkəzindəki sahibsiz heyvanların tapıldığı yerə gətiriblər. Polislər küçə heyvanlarını əlləri ilə bəsləyərək, onlara çörək və süd veriblər.